Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman qadın körpəsi ilə birlikdə döyüldü

Kanadanın Ontario əyalətində yerləşən London şəhərində müsəlman bir qadın alış-veriş etdiyi marketdə müsəlman olduğu üçün hücuma məruz qalıb

Adı açıqlanmayan müsəlman bir qadın, supermarketdə alış-veriş etdiyi zaman bir başqa qadın tərəfindən hücuma məruz qalıb.

“Din.az” xəbər verir ki, təcavüzkar tərəfindən başından hicabı dartılıb çıxarılan müsəlman qadın qucağında olan 4 aylıq oğluna görə ona edilən hücuma qarşı mübarizə apara bilməyib.

Təcavüzkar qadının, saçlarından tutaraq sürüməsi nəticəsində müsəlman qadın körpəsi ilə birlikdə yerə yıxılıb. Bu zaman mobil telefonu ilə onun şəkillərini çəkən şəxsə də pis sözlər söyləyən təcavüzkar qadın daha sonra ana və onun qucağındakı körpəsini də vurub.

Yerli polis, hadisəyə şahid olan adamdan təcavüzkar qadının fotoşəkilini alaraq, cəmiyyətə açıq yerlərə paylayıb. Polisin təcavüzkar qadının tutulması üçün axtarış işlərini davam etdirdiyi bildirilir.

Digər tərəfdən Kanada Müsəlmanlar Dərnəyi London Şöbəsinin məsul nümayəndəsi İman Fahmi verdiyi açıqlamada baş verən hadisəni qınayıb. Fahmi, “Londonda 1 aydan az bir müddət ərzində artıq ikinci dəfə islamofobik bir təcavüz yaşayırıq. Səbəbkarların ən qısa zamanda tapılmasını və lazımi cəzanı almalarını ümid edirik”, – deyə qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...