Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Müsəlman qadın nazir sərxoş vəziyyətdə saxlanıldı

Share Button

Müsəlman nazir 2 qədəh şərab içərək sükan arxasında oturub…

İsveçin ali təhsil naziri, 29 yaşlı müsəlman Aida Hadzialiç sükan arxasında sərxoş vəziyyətdə saxlanıldığı üçün istefa verməyə məcbur olub.

“Din.az” xəbər verir ki, “virtualaz.org”un “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Hadzialiç istefa qərarı barədə mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, sükan arxasına əyləşməzdən əvvəl iki qədəh şərab içibmiş.

Nazir sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 6 ay müddətinə azadlıqdan məhrum oluna bilər.

Aida Hadzialiç Bosniya və Herseqovinada anadan olub. 5 yaşında olarkən valideynləri ilə birlikdə İsveçə köçüb. 2014-cü ildə İsveç tarixində ilk müsəlman nazir olub.

06BEA878-3DDD-494C-8035-CA3E83F9AC71_cx0_cy3_cw0_w987_r1_s_r1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir