Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman qadın süni ürək yaradaraq yüksək mükafat aldı

“German Medical Award” mükafatına layiq görülən müsəlman qadın …

Türk əsilli ürək cərrahı Dilek Gürsoy tibb sahəsində “German Medical Award” (alman tibbi mükafatı) mükafatına layiq görülmüşdür. Gürsoyun sözlərinə görə, “German Medical Award” mükafatı tibb sahəsində uğurlu elmi araşdırmalara görə Almaniya, Avstriya və İsveçrə klinikaları tərəfindən verilir.

Din.az bildirir ki, Gürsoy bildirmişdir: “Mən ürək cərrahı kimi, 2012-ci ildə Almaniyada ilk dəfə süni ürək köçürmə əməliyyatını yerinə yetirərək, alman tibbi mükafatını qazandım”. Onun sözlərinə görə, artıq 10 ildir ki, bu layihənin üzərində işləyir və tədqiqatlar hazırda sona çatmaq üzrədir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...