Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman qadın yeni qalaktika kəşf etdi – FOTO

Burçin Mutlu Pakdil əvvəllər heç görmədiyi bir obyekti tapıb.

Amerikanın Arizona universitetinin elmi əməkdaşı olan Burçin Mutlu Pakdil adlı gənc müsəlman qadın çox nadir rast gəlinən qalaktika növü aşkarlayıb.

Din.az xəbər verir ki, bu haqda Qazaxıstanın ummamag.kg saytı məlumat yayıb. Mutlu Pakdil və qrupu “PGC 100714” adlı kiçik bir galaktikanı analiz etdikdə əvvəlcə səhvən onu Hogun obyekti (Amerika astronomu Artur Hog tərəfindən İlan bürcündə kəşf edilən halqavari bir galaktika) kimi qəbul ediblər. Lakin Mutlu Pakdil tədqiqatını davam etdirib. Nəticədə müsəlman astronom göy rəngli xarici halqanın və qırmızı mərkəzi nüvənin arasında mərkəzi hissəni əhatə edən bir dağınıq qırmızı iç halqa da aşkar edib. Adətən qalaktikalar spiralvari olur və nadir qalaktikalar fərqli görünür. Yəni Burçin əvvəllər heç görmədiyi bir obyekti tapıb.

Beləliklə, bir müsəlman qadın öz adı ilə “Burchin Galaxy”(“Burçin qalaktikası”) adlanan yeni bir qalaktika kəşf edib. Astronomlar bu cür qəribə bir obyektin haradan meydana gəlməsindən heyrətə gəliblər. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...