Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman qadına ağır sözlər dediyinə görə maddi cəza verildi

Avropada İslama qarşı zorakılıq hallarının sayı artır.

Böyük Britaniyanın Uels vilayətində müsəlman qadına ağır irqçi sözlər deyən 75 yaşlı bir nəfərə maddi cəza verilib.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 noyabrda müsəlman qadına “Baş örtüyünü çıxarmasını və ölkəsinə qayıtmasını” bildirən 75 yaşlı irlandiyalı Bert Fahi, məhkəmədə əməlini qəbul edib. Lakin məhkəmə Fahinin yaşını səbəb gətirərək həbs cəzası əvəzinə 258 funt sterlinq maddi cəza tələb edib. Fahiyə həmçinin, ünvanına ağır sözlər işlətdiyi polşalı müsəlman qadına 200 funt sterlinq təzminat ödəmə cəzası da verilib.

fransa

Böyük Britaniyada müsəlmanlara qarşı hücumları təqib edən dövlət qurumu “Tell Mama”, ötən ay dərc etdiyi hesabatda, son 3,5 il ərzində 100-dən artıq məscid və İslam təşkilatının müsəlmanlara zidd hücumların hədəfi olduğunu açıqlayıb.

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...