Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman qadınlara edilən zülüm ürəkləri dağladı

Başlarına torba keçirib təcavüz etdilər.

Çinin əsir düşərgələrindən qaçan müsəlman qadınların hekayəsi qan dondurdu. Zərərçəkən qadınlar düşərgədə nəzarətçilərin onlara səhərə qədər təcavüz etdiklərini bildirib.

Din.az xəbər verir ki, qadınlar bu haqda “Vaşinqton Post” qəzetinə danışıblar. Bildirilir ki, Çin hökumətinin əsir düşərgələrində insanları zəncirlə bağlaması bir daha dünya mediasının gündəmini zəbt edib.

Qadın hüquqlarını müdafiə edən təşkilatlar burda müsəlmanların artımının qarşısını almaq üçün hətta qadınların cinsi orqanına acı bibər sürtüldüyünü də dilə gətirib. Beş il düşərgədə əsir olan Ruqiyə Perhat nəzarətçilərin xoşları gəldikləri qadınların başına torba keçirərək başqa otaqlarda onlara təcavüz etdiyini və hamilə qadınları isə məcburi abort etdirdiklərini deyib.

Çindən Qazaxıstana qaçan Gulzira Moqdyan isə düşərgələrdə təcavüzlə yanaşı, insanların məcburi şəkildə orqanlarının çıxarılaraq orqan mafiyasına satıldığını bildirib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...