Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müsəlman qatilinin şok manifesti: Ərdoğanı və Merkeli öldür

Merkel Avropa irqinin düşməni adlandırıldı.

Yeni Zelandiyada, iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın hücumdan öncə yayılan 37 səhifəlik manifesti ilə bağlı yeni detallar ortaya çıxıb.

Din.az xəbər verir ki, manifestdə əsas məqam onun tərəfdarlarına Almaniya kansleri Angela Merkeli, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Londonun meri Sadiq Xanı öldürməyi əmr etməsi ilə bağlıdır.

Terrorçu yazısında Merkel qədər Avropaya zərər verən ikinci bir insanın olmadığını bəyan edir. Onu Avropa irqinin düşməni adlandırır.

Daha sonra Tarrant Ərdoğanı xristianların ən qədim düşməni kimi təqdim edir. O bildirir ki, Avropa türklərin işğalı altındadır.

Sonda isə bu radikal şəxs Sadiq Xanın London rəhbərliyinə keçməsini Britaniya xalqına qarşı etnik təmizlənmənin başlanğıcına işarət olduğunu qeyd edir.

Xatırladaq ki, B.Tarrantın Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücumda 49 müsəlman öldürülüb. Ölənlərin artacağı istisna edilmir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...