Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
müsəlman-qız

“National Brain Bee” yarışmasını 17 yaşlı müsəlman tələbə qazanıb

Share Button

17 yaşlı müsəlman qız təqaüdlə Universitetdə oxumaq şansı da qazanıb

Kanadada lisey tələbələri arasında ənənəvi keçirilən “National Brain Bee” (Milli Beyin Arısı) yarışmasını 17 yaşlı müsəlman tələbə qazanıb.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vaterloo şəhərindən yarışa qatılan Nooran AbuMazen adlı 17 yaşlı müsəlman lisey tələbəsi ölkə miqyasındakı yüzlərlə rəqibini geridə qoyaraq “Kanadanın ən yaxşı beyni” adını qazanıb. Hamilton şəhərindəki MacMaster Universiteti Nevrologiya bölməsinin professorları tərəfindən keçirilən sınaqda Nooran AbuMazen beyin və nevrologiya elmi üzrə bilikləri və laboratoriya bacarığı ilə birinciliyə nail olub.

Nooran AbuMazen Kanadanı 30 iyun-4 iyul tarixləri arasında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Dünya Beyin Arıları Çempionatında təmsil edəcək. Nooran AbuMazen yarışmanın sonunda 1500 Kanada dolları pul mükafatı ilə Hamilton MacMaster Universitetində nevroelm üzrə oxumaq üçün təqaüd də qazanıb.

İlk dəfə 1996-cı ildə ABŞ-da “Society for Neuroscience” tərəfindən təşkil olunan “Brain Bee” yarışması, lisey tələbələrinin beyin araşdırmalarına marağını çəkmək üçün keçirilir. Liseylərdə beyin araşdırmaları və nevrologiyaya marağı olan tələbələri müəyyənləşdirən yarışma dünya miqyasında 35 ölkədə təşkil olunur. Hər il təyin olunan yarışmanın birinciləri isə ölkədə təşkil olunan beynəlxalq yarışmada elm dünyasının qarşısında nevrologiyaya olan maraqlarını sərgiləyirlər.

Yarışma, beyin araşdırmaları mövzusunda gələcəyin elm adamlarının müəyyən edilməsində dünyadakı vacib təşkilatlardan biri olaraq qəbul edilir.

nooran-abumazen

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh “National Brain Bee” yarışmasını 17 yaşlı müsəlman tələbə qazanıb üçün

  1. Farid Rashid dedi:

    Alhamdulillah,, SubhanAllah nə gözəl sevincimdən sanki mən qalib gəlmişəm hissi keçirdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top