Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman qız Moskva merinin əlini havada qoydu- İbrətamiz- FOTO+VİDEO

Hicablı qız əlini Moskva merinə uzatmadı.

Müsəlman xanım Moskva meri Sergey Sobyaninlə əllə görüşməyi rədd edib.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, gözlənilməz olay Moskvada İttifaq Evinin sütunlu salonunda təşkil edilmiş tədbirdə yaşanıb. Moskva meri akkreditə olunmamış jurnalistlərin futbol üzrə dünya çempionatını işıqlandıra bilmələri üçün yaradılmış mətbuat mərkəzinin açılışını edib.

“Veçernyaya Moskva” qəzeti tərəfindən nəşr olunan bir fotoşəkildə Sobyaninin tədbirə dəstək verən könüllüləri əl uzadaraq salamladığı görünür. Ancaq hicablı qızlardan biri əlini Moskva merinə uzatmır və bunun əvəzində, o, təmassız təbrik jesti edir – qarşısındakına hörmət əlaməti olaraq əlini ürəyinin üstə qoyur.

Məlum olduğu kimi, İslam şəriəti kişilərin naməhrəm qadınlara(və əksinə) toxunmasına icazə vermir. Əllə təmas yalnız valideynlər və uşaqlar, qardaş və bacılar, həmçinin, ər-arvad arasında mümkündür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...