Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman qızın bədəninə xaç çəkdilər: saxlanılanlar var

19 yaşlı müsəlman qıza qarşı zorakılıq edilib.

Belçikanın Şarlero bölgəsində 19 yaşlı müsəlman qızın bədəninə zorla xaç çəkən 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslər irəli sürülən ittihamla razılaşmayıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən bölgədə naməlum şəxslər müsəlman qızın qarşısını kəsmiş və ona hücum etmişdi.

Həmin şəxslər qızın bədəninin fərqli nahiyələrinə xaçlar çəkərək, onun baş örtüyünü və paltarını cırmışdılar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...