Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

MÜSƏLMAN QIZLAR ƏXLAQSIZLIĞA MƏCBUR EDİLİR – FOTO

Həlimə: “Xəyalını qurduğum həyat başqa idi”…

Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmadan qaçaraq Banqladeşə sığınan yarım milyon Arakan müsəlmanın cinsi və fiziki istismarla üz-üzə qaldığını açıqlayıb.

Din.az bildirir ki, bunlardan biri olan Həlimə Arakandan 3 ay əvvəl qonşuları ilə birlikdə qaçaraq Banqladeşə sığınıb və ailəsinin harada olduğunu hələ də bilmir.

“Mənimlə evlənmək istədiyini söylədi”

21 yaşlı müsəlman xanım bu ölkəyə gəldikdən sonra zorla necə seks köləsinə çevirildiyini BBC-nin müxbiri Noima İkbalə danışıb:

“Banqladeşə gəldikdən sonra bizi bir düşərgəyə yerləşdirdilər. Burda banqladeşli bir nəfər bir az yemək verdi. Mənə həyat yoldaşını itirdiyini, iki uşağının olduğunu deyirdi. Mənimlə evlənmək istədiyini də söylədi. Ona inandım və evinə getdim. Evə girəndə mənim kimi 7-8 gənc qız gördüm. Dəhşətə gəldim. O, evdə bir çox kişi ilə yatağa girməyə məcbur edildim”.

“Yalnız yemək verirdilər”

Həlimə Banqladeşdə saxlandığı evin bir qadın tərəfindən idarə olunduğunu deyir. Gənc qız bir günün onun hücumuna məruz qalıb və aldığı yaralar 15 günə sağalıb:

“Mənə makiyaj edib, bəzəyirdi. Bəzən bir gecədə 3, hətta 4 kişi gəlirdi. Çox çətin idi. Günlərlə qanamam olurdu”.

Həlimə o evdə qaldığı müddətdə heç pul verilmədiyini, sadəcə gündə 3 dəfə yemək yedirdiyini bildirib. Bir gecə evə gələn kişilərdən biri ona kömək etmək qərarına gəlib:

“Gələn polis işçisi idi. Hekayəmi dinlədikdən sonra mənə “bacım” deyə müraciət etməyə başladı. Bütün gecəni orda qaldı, mənə toxunmadı. Çıxanda telefon nömrəsini mənə verib getdi”.

Və qaçış…

Halime evdən qaçmaq üçün bir plan hazırlamağa başlayıb və yanına gəlmiş bir kişi yatanda onun telefonu ilə polisə zəng edib. Polis isə gecə 6 nəfərlə o evə gəlib:

“Məni və 6 qızı xilas etdi. Sonda bizə “artıq azadsınız” dedi”.

Ancaq Həlimə həmin evin yerləşdiyi “Cox’s Bazar” ərazisini tərk edə bilməyib. Banqladeşdə gedə biləcəyi başqa yer olmadığını deyir. Pulu olmayan müsəlman qız fahişəlik etməkdən başqa çarəsinin qalmadağını söyləyir. Və özü kimi fahişəlik edən bir qadınla birlikdə yaşamağa başlayır.

 

“5 dəfə namaz qılırdım…”

Həlimə xəyalını qurduğu həyatın başqa olduğunu deyir:

“Gündə 5 dəfə namaz qıldığım günlərə geri dönmək istəyirəm. Ailəmlə birlikdə yediyim yeməklərdən ötrü darıxıram. Ailəmlə birlikdə sahib olduğumuz Myanmadakı həyatımıza geri dönmək istəyirəm”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...