Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman qızlar ixtiraları ilə 6 min mühəndis arasında 1-ci oldular – VİDEO

Asfaltın hazırlanmasında əməyi keçən müsəlman qızlar…

Fələstinli qızlar “özü özünü təmir edən asfalt” düzəldərək 111 ölkənin 6 min mühəndisi arasında 1-ci olublar.

Din.az xəbər verir ki, müsəlman qızlar həmin asfaltın hazırlanmasında dəmir tullantılardan istifadə ediblər.

Həmin asfaltın hazırlanmasında əməyi keçən müsəlman qızlar isə Qəzzadakı İslam Universitetinin İnşaat Mühəndisliyi fakultəsinin məzunları olan 22 yaşlı Xədicə ər-Remlavi, 22 yaşlı Hedil Ebu Iyşe və 21 yaşlı Nur Hasandır. Bu üçlük yollarda yaranan dağıntıları təmir etmək üçün əlavə materiala ehtiyac olmadan, özünü bərpəa edə bilən asfalt hazırlamağı bacarıblar.

Bəhreyndə keçirilən və 111 ölkənin iştirak etdiyi müsabiqədə 6 min iştirakçını geridə qoyan müsəlman qızlar “Nasır bin Hamad Al Halife Gənc İxtiraçı” mükafatını qazanıblar. / A24.az”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...