Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman qızlar oğlanlarla birgə üzməyi öyrənəcəklər

“Bu azadlığın ciddi pozulması demek deyil”.

İnsan Haqları üzrə Avropa Məhkəməsi İsveçrə rəhbərliyinin müsəlman qızların oğlanlarla birgə üzgüçülük dərslərinə göndərilməsi barədə qərarını təsdiqləyərək məktəblilərin dini hüquqlarının pozulmadığına qərar verib.
“Din.az” “BBC.com”a (Azərbaycan dilində) istinadən bildirir ki, məhkəmənin qərarına görə rəhbərlik ölkə vətəndaşlarından İcveçrə cəmiyyətində uşaqların uğurlu inteqrasiyası üçün məktəb proqramının yerinə yetirməyi tələb etməyə tam hüququ var.

imageİnsan Haqları üzrə Avropa Məhkəməsi etiraf edib ki, bu cür tələblərı dini azadlığa müdaxilə kimi qiymətləndirmək mümkündür, amma bu azadlığın ciddi pozulması demek deyil.
Məhkəmənin qərarında deyilir ki, qanun çərçivəsində hərəkət edən İsveçrə rəhbərliyinin bu qərarı əcnəbi mənşəli şagirdlərin cəmiyyətdən təcrid olunmamasına yönəlib.
Məhkəməyə türk mənşəli iki İsveçrə vətəndaşı şikayət edib. Onlar qızlarının oğlanlarla birgə üzgüçülük dərsinə göndərməkdən imtina ediblər.
İsveçrə rəhbərliyi bəyan edib ki, dini səbəblər üzündən üzgüçülük dərslərindən imtina etmək mümkündür, əgər qızlar yetkinlik yaşında olsaydılar. Hazırda belə bir hal yoxdur.
2010-cu ildə qızlarını belə dərslərə göndərməkdən imtina edən valideynlər valideynlik vəzifələrini yerinə yetirmədiklərinə görə təqribən 1,3 min avro dəyərində cərimə ödəyiblər. Bundan sonra valideynlər İnsan Haqları üzrə Avrop Məhkəməsinə müraciət ediblər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...