Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müsəlman ruhani avtomobildə batan ana və balanı xilas etdi – İBRƏTAMİZ – FOTO / VİDEO

Evinin pəncərəsindən qəzanı görə din xadimi dərhal köməyə getdi.

Dağıstanın Qızılyurd rayonununun kəndlərinindən birinin imamı Rəcəb Utsumiyev ana və uşağını batan avtomobildən xilas edib.

Din.az xəbər verir ki, qəza sentyabrın 15-də Uçxoz bölgəsində meydana gəlib.

İlkin məlumatlara görə, “Touareg” markalı avtomobil “Lada” avtomobili ilə toqquşub. Nəticədə xarici avtomobil kanala düşüb. Yol qəzasını evinin pəncərəsindən görən din xadimi dərhal köməyə tələsib.
“Avtomobildə qadın və bir uşaq var idi. Mən batanları xilas etmək üçün qaçarkən qəza şahidlərindən biri özünü suya atdı. Mən də dərhal atıldım “-deyib R.Utsumiyev. Fədakar ruhani digər şahidlə birlikdə ana və balanı avtomobildən çıxararaq sahilə çatdıra bilib.

Xatırladaq ki. Moderator.az-ın sentyabrın əvvəlində yaydığı xəbərdə digər bir din xadiminin – Dağıstanın Şamil rayonunun Kaxib kəndinin imamı Nurudin Nurudinovun uçurumdan yuvarlanaraq çaya düşən avtomobildən qadın və ərini xilas etməsi haqda yazılmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...