Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman şagird ixtirasına görə həbs olundu – FOTO

ABŞ-da etdiyi ixtiraya görə həbs olunan müsəlman tələbənin ailəsi məktəb rəhbərliyinə qarşı iddia qaldırdı

ahmed_4230

ABŞ-ın Texas ştatında düzəltdiyi saat, bomba zənn edilərək nəzarət altına alınan və həbs olunan müsəlman şagird Əhməd Muhammədin ailəsinin məktəb rəhbərliyinə qarşı iddia qaldırdığı bildirilir.

“Din.az” xəbər verir ki, “İrving” özəl mətkəb bölgəsinin (İSD) internet saytında verilən açıqlamada, Əhmədin ailəsinin tutduğu vəkil tərəfindən federal məhkəmədə qaldırılan iddiada İSD-in, İrving Bələdiyyəsi və məktəb rəhbərliyinin də iddiaya daxil edildiyi qeyd edilib.

Vəkillər sənədləri araşdırdıqdan sonra müdafiə mətnini məhkəməyə təqdim edəcəkləri barədə vurğulanan açıqlamada, İSD-nin, şagirdin şəxsi hüquqlarını pozduğu iddialarını rədd etməyə davam edəcəyi bildirilib.

Texasın İrving şəhərindəki MacArthur Liseyində təhsil alan 14 yaşlı müsəlman şagird Əhməd Muhamməd, düzəltdiyi saatı müəlliminə göstərmək üçün məktəbə aparıb. Başqa bir müəllim isə saatı bomba sayaraq məktəb rəhbərliyinə xəbər verməklə Muhamməd məktəbə gələn polislər tərəfindən əlləri qandallanaraq nəzarət altına alınıb.

31377836

Hadisədən xəbərdar olandan sonra ABŞ prezidenti Barak Obama tərəfindən Ağ Evə dəvət edilən Əhməd Muhamməd, DemokratlarPartiyasının sədri və prezidentliyə namizəd Hillari Klinton, feysbukun qurucusu Mark Zukerberq, NASA, “Google” və “Massachust İnstitute of Technology” (MİT) kimi şəxs və təşkilatlardan da dəvət və dəstək mesajları alıb.

Yaşanan qalmaqaldan sonra tvitterdə açılan “İStandWithAhmed” (Əhmədin yanındayam) şərhi ilə ixtira edən müsəlman şagirdə bütün dünyadan dəstək mesajları yağıb.

ahmed_896

Bir vəqfin təhsil təqaüd təklifini qəbul edərək ailəsi ilə birlikdə Qatara yerləşən Əhməd Muhamməd şəhər rəhbərliyindən 10 milyon dollar və məktəb rəhbərliyindən 5 milyon dollar təzminatına əlavə edərək, İrving Bələdiyyəsinin sədri Beth Van Duyne və digər səlahiyyətlilərdən “yazılı şəkildə üzür istəmələrini” tələb edib.

102115-ahmed-muhammed-ailesiyle-katara-yerleecek-1

510

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...