Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman şagird müəlliməsi ilə əl tutuşmadı, qalmaqal yarandı

Digər müəllimlər özlərini təhqir olunmuş hesab etdiklərinə görə mərasim zalını tərk ediblər

“The Telegraph” yazır ki, Almaniya məktəblərindən birində müəllimlər, bir müsəlman şagird, qadın məktəb direktoru ilə əl tutmaqdan imtina etdiyinə görə buraxılış mərasimini kollektiv şəkildə tərk ediblər.

“Din.az” xəbər verir ki, Hamburqdakı Kurt-Tucholsky məktəbində adı açıqlanmayan şagird buraxılış mərasimində ona yaxınlaşan sinif rəhbəri ilə əl tutmaqdan boyun qaçırıb.

Bu barədə xəbər verən “Hamburg Morning Post” qəzeti yazır ki, sözügedən şagird əl tutmaq əvəzinə müəlliməyə köynəklə örtülü biləyini uzadıb.

“The Telegraph” yazır ki, onun öz xahişi ilə keçirilmiş fərdi söhbətdə yeniyetmə oğlan hərəkəti ilə müəllimini təhqir etmək niyyətində olmadığını, bunu sadəcə öz dininin tələblərinə uyğun olaraq etdiyini izah edib.

Məqalədə deyilir ki, İslamın bəzi ifrat təriqətləri müsəlmanlara dinindən asılı olmayaraq qarşı cinsin nümayəndələri ilə əllə görüşməyi qadağan edir.

“Əltutma anlaşılmazlığı…”

Qəzet yazır ki, bu il “əltutma anlaşılmazlığının” ardınca vəziyyət daha da gərginləşib, çünki həmin şagird bu dəfə məktəbin qadın direktoru ilə də əl tutmaqdan boyun qaçırıb.

Məqalədə deyilir ki, bu səhnəni müşahidə edən başqa müəllimlər özlərini təhqir olunmuş hesab etdiklərinə görə mərasim zalını tərk ediblər.

Beş müəllim direktor Andrea Lüdtke-dən oğlanı mərasimdən qovmağı xahiş ediblər.

Direktor bunu etmədikdə müəllimlər salonu nümayişkəranə şəkildə tərk ediblər.

Yerli media yazır ki, bu insidentə görə tədbirdəkilərin qanı qaralıb və mərasim bu hərəkətin müzakirəsinə çevrilib.

Radikal şagird deyil

Maraqlıdır ki, xanım Lüdtke “Hamburg Morning Post” qəzetinə müsahibəsində müsəlman oğlanı tərifləyərək müdafiə edib. O deyib ki, yeniyetmə din dərsləri də daxil, bütün fənlər üzrə misilsiz uğurlar əldə edib.

Direktor oğlanı qətiyyən “radikal ekstremist” hesab etmədiyini deyib.

“Der Spiegel” isə yazır ki, başqa məzunlar direktoru gələcəkdə belə halların baş verməməsi üçün tədbirlər görməyə çağırıblar.

Lüdtke deyib ki, o hazırda belə tədbirlər barədə düşünür.

“Biz belə insidentlərə dözməyəcəyimiz barədə cəmiyyətə aydın mesaj verməliyik” – deyib direktor.

Məcburetmə qanunları yaradılır

“The Telegraph” yazır ki, Almaniyada cinslərarası əl görüşməsi ilə bağlı bir neçə hay-küylü insidentlər yaşanıb.

İyun ayında Berlindəki özəl məktəblərdən birində imam, qadın müəllimlə əl tutaraq görüşməkdən imtina edəndə, müəllimə onu “alman mədəniyyətinə adaptasiya olunmağa” dəvət etmişdi.

İsveçdə pasport müfəttişi olan bir müsəlman, qadın həmkarları ilə əl tutmaqdan imtina etdiyinə görə ciddi çək-çevirə salınmışdı.

Qadınlar onun barəsində rəsmi şikayət versələr də, həmin müsəlmanın işinə baxılmamışdı.

İş o yerə çatıb ki, İsveçrənin Bazel-Landşaft kantonunda tələbələrə qadınlarla əl tutmaqdan imtina edilməsini qadağan edən qanun qəbul olunub. Qanunda deyilir ki, bu, başqalarını da “qeyri-ixtiyari dini ayinə dartmaq” kimi qiymətləndirilir.

BBC…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...