Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman sürücü 1 milyon pulu və bank kartlarını sahibinə qaytardı – VİDEO

Qırğızıstan vətəndaşı olan taksi sürücüsünün nümunəvi addımı ….

Moskvada taksi sürücüsü kimi çalışan bir Qırğızıstan vətəndaşı avtomobilində unudulmuş və 1 milyon rublu, üstəlik, pasport və bank kartlarını sahibinə qaytarıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, maraqlı olay barədə “RENTV” süjet yayımlayıb. Gözlənilmədən çantasını geri alan qadın sürücüyə təşəkkür edib və onun valideynlərinə dərin minnətdarlıq dolu video-müraciət ünvanlayıb. O, bildirib ki, qırğız sürücü pul, sənəd dolu çantasını qaytarmaqdan əlavə, həm də onu pulsuz aeroporta aparıb.

Taksi sürücüsünün 27 yaşındakı Nursultan Qaynazarov olduğu bilinib. Gənc adam 20 fevral gecəsi Domodedovo hava limanından bir qadını şəhərə gətirdikdən yalnız 12 saat sonra maşınında çanta qaldığını görüb. Müsəlman sürücü çantadakı pulların onun üçün haram olmasından əlavə, həm də onları qəsb edəcəyi təqdirdə bütün qırğız xalqına ləkə gətirəcəyini düşünüb. Odur ki, necə olursa-olsun, çantanı sahibini tapmağa qərar verib. Mahaçqaladan olan qadın öz video-müraciətində Nursultanın valideynlərini Dağıstana qonaq dəvət edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...