Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman tələbə YUNESKO-nun mükafatına namizəddir

Müsəlman gəncin fəaliyyəti YUNESKO-nun ekspertlərinin diqqətindən yayınmayıb

İran İslam Respublikasından olan Ehsan Məhəmmədi Məhaləti YUNESKO-nun mükafatına namizəddir.

“Din.az” “maide.az”a istinadən xəbər verir ki, Tehran universitetinin tələbəsi YUNESKO-nun Tolerantlıq və Sülh ideyalarının yayılmasına görə mükafata layiq görülə bilər.

Qeyd etmək lazımdır ki, Məhəmmədi Məhaləti dünyada sülh uğrunda mübarizə aparan tanınmış fəaldır ki, o, millətlərin, mədəniyyətlərin və dinlərin dialoqu, həmçinin, dövlətlərarası sıx münasibətlərin saxlanmasınada fəallıq göstərir.

​Tələbə Beynəlxalq Mədəniyyət Tədris mərkəzində katib işləyir, eyni zamanda, universitetdə politologiya elmini öyrənir.
Onun fəaliyyəti YUNESKO-nun ekspertlərinin diqqətindən yayınmayıb. Müsəlman tələbə Beynəlxalq Uşaq təşkilatının 2 ildən bir keçirtdiyi nüfuzlu mükafata namizədlərin siyahısındadır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...