Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman uyğurlarını təqib etmək üçün iPhone-larda casus proqramı istifadə edilir?

Çində müsəlman uyğurlara qarşı təzyiqlər davam edir.

Ortaya çıxan yeni bir məlumata görə dövlət dəstəkli bir tətbiq, Çində yerləşən müsəlman Uyğurları təqib etmək üçün istifadəyə buraxılıb.

Din.az bildirir ki, Google tərəfindən ortaya çıxarılan və iPhone təhlükəsizlik açığı səbəbiylə göstərici yığan bir casus tətbiq, dövlətin dəstəyi ilə Çinin muxtar bölgəsi Xinjiangda olan Uyğur müsəlman azlığını hədəfə aldığı iddia edilib.

Ortaya çıxan məlumatlar nəticəsində telefonu hack-lənən adamın şifrələri, mesajları və real zamanlı mövqeyinin telefonu hack edən şəxs tərəfindən müşahidə olunacağı bildirildi. Bunun saytlar vasitəsi ilə həyata keçdiyi deyilən öncəki xəbərlərdən fərqli olaraq əslində yalnız iOS-u deyil, eyni zamanda Android və Microsoft Windows PC-ə də bənzər şəkildə təsir etdiyi iddia edilib. Forbes, Uyğur icmasının texnoloji qurğularındakı müxtəliflik səbəbiylə təcavüzkarların sistemlərini yenilədiklərini bildirib.

Ötən həftə Google-nin Project Zero təhlükəsizlik briqadası iOS-un rəqəmsal mühafizə tədbirlərini aşaraq rəqəmsal sistemə sızdı. Bir internet saytı üzərindən bu əməliyyatın keçirildiyini qeyd edən təhlükəsizlik briqadası, pis məqsədli proqramın hər həftə minlərlə insanın ziyarət etdiyi bir internet saytında üzə çıxardı. iOS 10.0.1 (2016 Sentyabr) variantından iOS 12.1.4 variantına qədər bu (ios 12.1.4-də bu xəta aşkar olunmayıb) xətanın telefonlarda var olduğunu təsbit edən Google qrupu, gizli bir şəkildə Apple-ni xəbərdar etdi.

Ötən il etibarilə iki milyondan artıq Uyğur və müsəlman, konsentrasiya düşərgəsi adlı bir toplama düşərgəsində Kommunist Partiya ideologiyaları ilə təlimatlandırılıb. Bununla yanaşı, insanların İslamı buraxması da istənilsə də 20-dən çox ölkə, Çinin bu rəftarını dayandırması üçün hərəkətə keçib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...