Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Müsəlman xanım şahmat üzrə dünya çempionatında 2-ci oldu

Müsəlman qadın “Rapid” kateqoriyasında gümüş medala layiq görülüb.

İranlı şahmatçı Sarah Sədat Xadəm əl-Şariyə sürətli şahmat üzrə dünya çempionatında mükafatçılar arasında ikinci yeri tutub.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “IRNA” agentliyi məlumat yayıb. Müsəlman qadın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş blitz və sürətli şahmat üzrə “Rapid” kateqoriyasında yarışan qrosmeysterlər arasında gümüş medala layiq görülüb. Çempinat dekabrın 25-dən 31-dək keçirilib.

Sara Sədat qadınlar arasında beynəlxalq şahmat ustasıdır. O, çempionata 2402 reytinqi ilə qatılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...