Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmandan “Quran”ı yandıran kişiyə gözlənilməz reaksiya – VİDEO

“Norveçin İslamlaşmasını dayandır” şüarı ilə aksiya keçirilib.

Norveçdə müsəlmanlara qarşı aksiya keçirilib.

Din.az bildirir ki, Norveçin Kristiansand şəhərinin mərkəzi küçələrinin birində müsəlmanlara qarşı SIAN adlı etiraz aksiyası təşkil olunub.

“Norveçin İslamlaşmasını dayandır” şüarı ilə keçirilən aksiyada “Quran” kitabı yandırılıb. Aksiya lideri Lars Thorsen müqəddəs kitabı yandırmaq istəyərkən müsəlmanlardan biri ona hücum edib.

İlyas Umer adlı pakistanlı gənc aksiya liderini bir neçə dəfə təpikləyib. O, polis tərəfindən saxlanılsa da, onun azad olunması barədə sosial şəbəkələrdə başladılan etiraz kampaniyası nəticəsində sərbəst buraxılıb.

Hadisə anı ətrafdakıların mobil kamerasına düşüb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...