Müsəlmanlar 2-ci “Myanma” təhlükəsi ilə üz-üzə

5 milyon sakini deportasiya təhlükəsilə qarşılaşıb.
Hindistan milyonlarla müsəlmanı ölkədən qova bilər.
Din.az bildirir ki, Hindistan hökuməti “Banqladeşdən olan qeyri-qanuni miqrantları” ölkədən deportasiya etmək niyyətində olduğunu bəyan edib.
Assam ştatının təxminən 5 milyon sakini deportasiya təhlükəsi ilə üz-üzədir. Onlar, çox güman ki, 1971-ci ilədək olan yaşayış yerləri haqdakı sənədləri təqdim edə bilməyəcəklər.
Qeyd edilir ki, Hindistanda bu cür addım 60 ildə ilk dəfədir ki, atılır. Ölkədə on illərdir yaşayan qaçqınların deportasiyasını artıq hüquq-müdafiəçilər də tənqid edib. Onlar bunu Myanmadakı vəziyyətlə müqayisə ediblər.
“Al-Jazeera” yazır ki, Assam ştatında hazırda 32 milyondan çox insan yaşayır ki, onların da təxminən 30 faizi müsəlmanlardır. Hökumət qaçqınların məhz haraya deportasiya ediləcəyini isə qeyd etməyib.