Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanlar ABŞ-da yoxsul vətəndaşları pulsuz müalicə edir… – İbrətamiz

Müsəlmanlar bu ölkədə maddi çətinlik içində yaşayanlara əl uzadırlar.

Bu ölkədə tibbi sığortası olmayanların pulsuz müalicəsini təmin edən 70 müsəlman klinikası fəaliyyət göstərir…

Amerika bəzilərinin düşündüyü kimi, heç də hamı üçün “xoşbəxtlər ölkəsi” deyil. Amma müsəlmanlar bu ölkədə maddi çətinlik içində yaşayanlara əl uzatmaqla dünyaya əsl xoşbəxtliyin nümunəsini nümayiş etdirirlər…

Din.az Moderator.az-a istinadən xəbər verir ki, “Foreign Policy” nəşrininn yaydığı məlumata görə, bu gün ABŞ vətəndaşlarının xeyli hissəsi tibbi sığortası olmadan yaşayır. Məsələn, İndiana ştatında hər 10 nəfərdən birinin tibbi sığortası yoxdur. Belə aztəminatlı insanlar hər hansı tibbi müalicə almaqda böyük çətinlik çəkirlər. Ancaq taleyin gərdişinə baxın ki, ABŞ ordusunun Yaxın Şərqdə, Afrikada, Mərkəzi Asiyada bombaladığı və ya digər dövlətlər tərəfindən faktiki işğalına, soyqırımına göz yumduğu müsəlmanlar Amerikada yoxsul vətəndaşların dadına çatırlar…

Məlumata görə, hazırda ABŞ-da tibbi sığortası olmayanların pulsuz müalicəsini təmin edən 70 müsəlman klinikası fəaliyyət göstərir Məsələn, İndianapolisdəki kolleclərdən birinin zirzəmisində tibb fakultəsinin hicablı tələbəsi pasientlərin qeydiyyat vərəqələrinə baxır. Dəhlizdə yerli amerikalılar qəbula düşmək üçün növbələrini gözləyirlər. Onların yanından keçən müsəlman fəalı Nadim Siddiki əlindəki üzərində “Tibbi sığortamız yoxdur? Bizim yanımıza gəlin. Pulsuz tibbi yardım…” yazılmış löhvələri həyətdə yerləşdirmək üçün aparır. Siddiki həkim deyil, mühəndisdir. Lakin pulsuz klinikanın işində fəal iştirak edir. Bu müsəlman və dostları yerli kollecin rəhbərini zirzəmidə klinika üçün yer ayırmağı xahiş ediblər. Yaxınlıqdakı xəstəxanalrdan isə müəyyən şərlərlə avadanlıqlar ala biliblər. Bu minvalla yoxsul ABŞ vətəndaşları üçün pulsuz tibbi mərkəz yaratmağa nail olublar. Və öncə dediyimiz kimi, Amerika boyu bu cür xeyirxah müsəlmanlar onlarladır…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...