Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanlar Avropadan qovula bilər? – ŞOK PROQNOZ

Terrorun arxasındakı məqsədlərdən biri Avropanın miqrant problemindən canını qurtarmaq istəyidir

İyulun 14-də Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində 84 nəfər həyatını itirib, 100-dən çox yaralı var. 

Terror hücumundan sonra prezident Fransua Ollandın “İslam radikalizminin təzyiqi altındayıq” deyə açıqlama verməsi diqqət çəkib və bir sıra suallara yol açıb.

“Din.az” bildirir ki, politoloq Natiq Miri “publika.az”a açıqlamasında deyib ki, bundan sonra müsəlmanların Avropadan qovulması prosesi başlana bilər.

“Bu gün Yaxın Şərqdə Fransanın da aktiv rol alması onu terrorun hədəfinə çevirə bilər. Lakin Fransanın hədəfə alınması bu hücumun yalnız fransızları hədəfə alması demək deyil. Bu, bütün Avropaya verilmiş mesajdır”, – politoloq deyib.

N.Miri qeyd edir ki, terrorun arxasındakı məqsədlərdən biri Avropanın miqrant problemindən canını qurtarmaq istəyidir: “Gözləniləndir ki, Fransa bu terrordan sonra müsəlmanların girişinə qadağa qoysun, ardınca da bütün Avropa sərhədlərini miqrantların üzünə bağlasın. Beləliklə, bütün müsəlmanları Avropadan qovacaqlar. Bu, çox təhlükəli tendensiya olar”.

Politoloq əlavə edib ki, terror hücumlarının bundan sonra digər Avropa ölkələrində olması da gözləniləndir.

Politoloq Zərdüşt Əlizadə də sözügedən sayta açıqlamasında deyib ki, Fransadakı terrorun izlərini Yaxın Şərq hadisələrində axtarılmasının tərəfdarıdır.

Onun sözlərinə görə, Qərb Yaxın Şərqi cəhənnəmə çevirir və qarşılığında özü də bəhrəsini görür: “Bunu bumeranq effekti də adlandıra bilərik. Bütün terror təşkilatlarını – “Əl-Qaidə”ni, “Taliban”ı, indi də İŞİD-i Qərb yaradıb. İndi də başlayıblar onlarla mübarizə aparmağa. Əgər Qərb bu cür hücumlara məruz qalmaq istəmirsə, deməli, özü hücumlardan əl çəkməli, terroru dəstəkləməməlidir”.

Politoloqun fikrincə, Nitsa terrorunun arxasında xüsusi siyasi məqsədlər görünmür: “Bu, sadəcə olaraq, Qərbin etdiklərinin öz qarşısına çıxmasıdır”.

O hesab edir ki, Qərb bu siyasətindən əl çəkməyincə terror davam edəcək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...