Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlar Həcc qadağasından qorxurlarmı?!

Müsəlmanlar həccə nə üçün gedirlər?

İslamın əsas vacib əməllərindən biri Allahın evi olan Həcc ziyarətini yerinə yetirməkdir. Elə bir müsəlman tapılmaz ki, ömründə bir dəfə də olsun Həcc ziyarətinə getməyi arzulamasın.

Amma günümüzün reallığında Həcc ziyarətinə bir zəvvarın 10 dəfədən artıq getdiyinin şahidi oluruq. Təbii, bu cür nüanslar insanlar tərəfindən birmənalı qarşılanmır. Xəbər verdiyimiz kimi, Özbəkistanda Həcc ziyarəti ilə bağlı tələblər sərtləşdirilib. Zəvvarların Həcc ziyarətinə məhdudiyyət tətbiq edilib.

2017-ci ilin sonu Özbəkistan Nazirlər Kabinetinin qərarının mətnində bir zəvvardan əvvəlki illərdə Həcc ziyarətində olmaması tələb olunur. Bu o deməkdir ki, bir dəfə Həcc ziyarətində olan zəvvar növbəti dəfə bu imkandan istifadə edə bilməyəcək.
Nəzərə alsaq ki, Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub, deməli, QafqazMüsəlmanları İdarəsinin məsələ ilə bağlı mövqeyi maraqlıdır. (Bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq. Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb).

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Modern.az saytı məsələ ətrafında mövzuya münasibət öyrənib.

“Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli deyib ki, bir yaxşılığı etmək insanı digər yaxşılıqlardan uzaq tutmamalıdır.

“Həccə getməyin mənalarından biri də odur ki, Həcc ictimai ayindir və Həcc gedən insan başqaları ilə həmdərd olduğunu anlamalıdır. Ona görə də Həccə gedən insanlar bir növ xeyriyyəçi insan olmalıdır. Müqəddəs evi ziyarət etmək başqa xeyirxah əməlləri yerinə yetirməyə mane olmamalıdır. Dinimizdə buyrulur ki, bir dəfə Həccə getmək vacibdir. Tutaq ki, insan seçim qarşısında qalıb. Müəyyən məbləğdə pulu varsa, bir dəfə vacib Həcci yerinə yetiribsə onu başqa bir xeyir işə yönəldə bilər. Yox əgər zəvvarın həm Həccə getməyə, həm də digər işləri yerinə yetirməyə imkanı çatırsa, bu, normaldır. Bu, həm də mənəvi qidadır. Həccin ictimai olduğunu unutmayaq. Düşünürəm ki, Həcc ziyarətini müəyyən qadağalarla məhdudlaşdırmaq olmaz. Bu, insanların seçimidir. Sadəcə olaraq, hər bir insan bu məsələdə öz vicdanının səsinə qulaq asmalıdır. Bəzən ola bilər ki, Allah bir bəndəsini Həcc ziyarətinə çox getdiyi üçün qınasın. Çünki o vəsaiti digər imkansız insanlara xərcləyə bilər. Bu məsələ individual olduğundan müxtəlif yanaşmalar da ola bilər”.

Keçmiş deputat, 28 dəfə Həcc ziyarətində olan Hacı Qalib Salahzadə də əgər elə bir hal baş verərsə, dövlətin qanunlarına hörmət edəcəyini deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...