Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlar imamın öldürülməsində Donlad Trampı günahlandırır – VİDEO

Trampın İslama və əcnəbilərə qarşı nifrət çağırışlı çıxışları bu cür hadisələri artırıb

Amerikalı müsəlmanlar məscid imamının və köməkçisinin Donald Trampın çıxışının nəticəsində öldürüldüyünü söyləyirlər.

“Din.az” xəbər verir ki, həftənin bazar günü məscid imamının və köməkçisinin qətlə yetirildiyi video nəşr edilmişdir. Qətl hadisəsi isə həftənin şənbə günü günortadan sonra baş vermişdir. Videoda məscidin imamı banqladeşli Mövlana Okuncunun və köməkçisi 64 yaşlı Səraəddinin günün günorta çağında, Nyu Yorkun “Ozone Park” adlı küçəsində başlarından vurularaq qətlə yetirildiyi görünür.
Qətl hadisəsi uzaqlıqda yerləşən təhlükəsizlik kamerası ilə lentə alınıb.

Toya gedəcəkdi, amma əvəzinə cəsədi dəfnə gedəcək…

55 yaşlı məscid imamı Banqladeşdəndir. “əl-Furqan” məscidində imamlıq etmək üçün 2 il əvvəl Nyu York şəhərinə gəlib. Üç uşaq atası olan imamın Niam adlı oğlu deyir: “Atam Nyu Yorka əminamanlıqda yaşamaq üçün gəlmişdi. Bizim istədiyimiz yalnız ədalətli qərar və onun qətlinin səbəbini öyrənməkdir”.

Məscid imamı yaxın günlərdə oğlunun toyunu qeyd etmək üçün Banqladeşə getməyi planlayırmış. Amma indi o ölkəsinə toya deyil, dəfn olunmaq üçün gedəcək. Allah rəhmət etsin.

Amerika polisindən əldə olunan məlumatlara görə qatilin latın amerikalı olduğu ehtimal olunur.

Amerikalı müsəlmanlar imamın və köməkçisinin ölümünün prezident seçkilərində iştiraka hazırlaşan Respublikaçılar partiyasının namizədi Donald Trampın “İslama və əcnəbilərə qarşı nifrət çağırışlı” çıxışından sonra baş verdiyini söyləyərək, bu hadisədə onu günahlandırıblar.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...