Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlmanlar İngiltərənin “bomjlar”ına yardım payladı…

Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq – ər kişinin işidir…

İngiltərənin Preston şəhərində yaşayan müsəlmanlar Milad və Yeni il ərəfəsində bu şəhərdəki xeyli sayda olan evsizlər üçün xeyriyyə tədbiri keçirib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Lancashire Evening Post” ingilis nəşri məlumat yayıb. Preston Cümə məscidi könüllü və xeyriyyəçiləri səfərbər edib və onlar pul toplayaraq ən lazımlı əşyaların dəstindən ibarət çantalar hazırlayıblar. 100-dən çox çiyin çantası isti geyim, qida və gigiyenik ləvazimatlarla doldurulqdan sonra könüllülər onları Preston şəhərindəki evsiz insanlara paylayıbllar.

“Şəhərin küçələrində çox sayda insan gecələyir, havalar pisləşir və bu insanları böyük çətinliklər gözləyir. Evsizlərə çiyin çantaları paylama ilk kampaniyamızdır və biz tədbirimiz haqqında informasiya yaydıqdan sonra ictimaiyyətdən böyük dəstək aldıq. Hətta Yorkşir və Londondan da ianələr göndərildi”, – deyə aksiyanın təşkilatçısı Şenaz bildirib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...