Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanlar Nyu-York küçələrində asayişə nəzarət etməyə başladı- Gözlənilməz

“Müsəlman ictimai patrulu” özəl layihəsi ötən ildən fəaliyyət göstərir.

Müsəlmanları yalnız “ekstremist”, “terrorçu” cildində görənlər bundan nəticə çıxarsınlar…

ABŞ-ın Nyu-York şəhərinin müsəlman birliyi küçələrdə təhlükəsizliyi nəzarət altına almağa qərar verib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Nyu-York Tayms”(“The New York Times”) qəzeti məlumat yayıb. Xəbərdə deyilir ki, “Müsəlman ictimai patrulu” özəl layihəsi ötən ildən meydana çıxıb. Yerli əhalinin sözlərinə görə, mavi üfüqi zolaqlı “Ford” avtomobilləri şəhərin ən narahat məhəllələrini gəzir və polisə qayda-qanuna nəzarət etməkdə kömək edir. Çoxları müsəlman fəallara təşəkkür edir, bəzilərinin isə könüllülərin bu davranışları ürəyincə deyil.

Bruklin məhəlləsində yaşayan 38 yaşlı Əli daim dörd övladıının təhlükəsizliyi barədə düşünür. 1990-cı ildə Yəməndən Birləşmiş Ştatlara köçən bu müsəlman bir müddət sonra öz dindaşlarının müdafiəsinə qalxacağını vəd edib. Beləliklə, Əli 30 nəfərdən ibarət könüllü qrupun ilk üzvlərindən olub.

“Bu yaxınlarda Nyu-Yorkun 72-ci polis bölməsinin növbətçi zabitlərinin rəhbərliyi altında müsəlman qrupu təlimlərə başlayıb” -deyə Amerika nəşri yazır. “Əvvəlcə reaksiya kəskin oldu. Hətta müsəlman icmasının bəzi üzvləri arasında da bu təşəbbüsə müsbət yanaşmayanlar vardı. Amma sonradan hər kəs buna alışdı. Diqqətəlayiqdir ki, silahsız fəallar şəhərin qonaqlarına tərcümə xidmətləri də təklif edir. Çünki könüllülər ərəb, fars və digər Şərq dillərində sərbəst danışırlar. Onlar şərqlilərin adət-ənənəsi ilə bağlı bəzi nüansları polisdən daha yaxşı anlayırlar. Eləcə də müsəlman fəallar yol qəzalarına reaksiya verir və hətta itkin düşmüş insanları axtarmağa kömək edirlər”.

P.S. Müsəlmanları yalnız “ekstremist”, “terrorçu” cildində görənlər bundan nəticə çıxarsınlar…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...