Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Müsəlmanlar özlərini “ikinci sinif” hiss etməsin”

Obama ölkəsində yaşayan müsəlmanlara dəstək çıxdı

Obama Ramazan bayramı münasibətilə Ağ Evdə verdiyi və Quran-i Kərimin oxunmasıyla başlayan çıxışında amerikalı müsəlmanların cəmiyyətə xidmətlərindən bəhs edib.

“Din.az” “brifinq.az”a istinadən bildirir ki, o, “Bir mövzuda konkret olaq. Amerikalı müsəlmanlar cəmiyyətdəki digər amerikalılar qədər vətənpərvər və cəmiyyətə inteqrasiya olmuş insanlardır” deyib.

Obama ölkədəki müsəlmanların özlərini “ikinci sinif vətəndaş” hiss etməməli olduğunu xüsusi vurğulayıb.

ABŞ-ın Orlando və Fransanın Nitsa şəhərlərindəki hücumları xatırladan Obama, “Hər nə olsa da, sizlər Amerika ailəsinin dəyərli üzvləri olduğunuzu və edə bilməyəcəyiniz heç bir şey olmadığını bilin”, – deyə qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...