Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlar rus xüsusi dəstəsinə 48 saat vaxt verdi

İssen rusları Mərkəzi Afrika Respublikası üçün təhdid adlandırdı.

Mərkəzi Afrika Respublikasındakı müsəlman Seleka qruplaşmasının rəhbəri Abdulay İssen onların nəzarətində olan ərazilərdən hökumət qüvvələri və rusiyalı hərbi mütəxəssislərin çıxması üçün 48 saat vaxt verib.

Din.az xəbər verir ki, “Frans Press” agentliyi İssenin belə addım atmasına səbəb kimi parlamentin müsəlman sədri Kərim Mekasuanın istefaya göndərilməsi olduğunu yazıb. O, Mekasuanın istefasını qeyri-qanuni adlandırıb və xristian prezident Fosten Arkanca Tuaderanı ruslarla birgə Mekasuaya qarşı plan hazırlamaqda ittiham edib.

İssen rusları Mərkəzi Afrika Respublikası üçün təhdid adlandırıb.

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəaliyyət göstərir. Onlar Prezident Tuaderanı MAR-ın təbii sərvətlərindən pay əldə etmək qarşılığında mühafizə edirlər. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...