Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
sinaqoq - məscid

Müsəlmanlar sinaqoqu satın alıblar

Share Button

Layihənin həyata keçəcəyi təqdirdə o, ölkədə ən böyük məscid olacaq.

Marseldə müsəlman icması Qızıl Tora sinaqoqunun binasını satın alıblar.

Din.az gün.az-a istinadən xəbər verir ki, alqı-satqı 400 min avroya başa gəlib.
Müsəlman icması sinaqoqu məscid etmək fikrindədirlər.
Hazırda məsələ bələdiyyə şurasında baxılır.
Sinaqoqdan bir neçə metr aralıda yerləşən məscid ora gələnlərin hamısını qəbul edə bilmir. Buna görə də icma boş qalan sinaqoq binasını alıb.
Yəhudi icmasının üzvləri şəhərin mərkəzini tərk edərək ətrafa köçüblər. Onların qoyub getdikləri binaları hazırda çindən olan ticarətçilər istifadə edirlər. Marseldə yəhudi icması Avropada ən çoxsaylı icmalardandır – 70 min. Şəhərdə isə 58 sinaqoq fəaliyyət göstərir.
Marseldə 250 min müsəlman yaşayır. Müsəlman icması şəhərdə məscid tikintisinə icazə almaq üçün çalışır. Layihənin qiyməti 23 milyon avrodur. Layihənin həyata keçəcəyi təqdirdə o, ölkədə ən böyük məscid olacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top