Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müsəlmanlar üçün ilk brauzer təqdim olundu

Filtrasiya aləti müsəlmanları təhqir edən və açıq-saçıq məzmunu bloka salır.

Malayziyanın “Salam Web Technologies” startapı müsəlmanlar üçün nəzərdə tutulmuş ilk brauzeri təqdim edib.

Din.az xər verir ki, “SalamWeb” brauzeri internetdə mədəni sörfinq üçün nəzərdə tutulub.

Proqramın yaradıcılarının fikrinə görə, brauzerə quraşdırılmış bir neçə filtrasiya aləti müsəlmanları təhqir edən və açıq-saçıq məzmunu bloka salır. Məsələn, brauzer pornoqrafiya və qumar oyunlarından ibarət saytları istifadəçidən gizlədir. “SalamWeb” brauzeri bütün populyar platformalarda (“Windows”, “Mac”, “iOS” və “Android”) əlçatandır.

Hazırda “SalamWeb” brauzeri əsasən Malayziya və İndoneziyada yaşayan müsəlmanlar üçün nəzərdə tutulub. Şirkət gələcəkdə dünyada yaşayan müsəlmanların 10%-ni əhatə etmək niyyətindədir.

Qeyd edək ki, hazırda dünyada təxminən 1,8 milyarda yaxın müsəlman yaşayır. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...