Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanlar Valentin gününü qeyd edə bilərmi – İlahiyyatçı şərhi

Elşad Miri: “Belə günlərə yanaşma insanların öz ixtiyarındadır”.

İlahiyyatçı Elşad Miri deyir ki, belə günlərdən fərqli olaraq İslamda olan bayramlar insanları bir-birinə daha çox sevdirir.

“Sevgililər Günü kapitalist maraqlara xidmət edir”.

Din.az bildirir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

“Belə günlər sadəcə insanların cibinə girmək üçün yaradılıb. İslamın özünü iki əsas bayramı var və onlarda da sosial yardımlaşma önə çıxır. Yəni İslamda olan bayramlar insanları bir-birinə daha çox sevdirir. Ancaq belə günlər kapitallist təfəkkürün nəticəsidir. Ona görə də bu günlərə yanaşma insanların öz ixtiyarındadır”

Qedy edək ki, dünyanın bir çox ölkələrində cütlüklər öz sevgilərini daha bariz şəkildə nümayiş etdirmək üçün nikahlarını məhz Sevgililər Günü kimi qəbul edilmiş 14 fevral – Müqəddəs Valentin Günündə bağlayırlar.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...