Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanlar yenə məscid divarlarında təhqir edildi

Fransanın Bordo şəhərində bir məscidin divarlarına müsəlmanların əleyhinə şüarlar yazılıb. “Din.az” xəbər verir ki, Fransanın Bordo şəhərində məscidlərdən biri hücuma məruz qalıb. Buradakı müsəlman dərnəyindən verilən açıqlamada, məscidin təhlükəsizlik kameraları vasitəsilə hücum edən şəxsin kimliyinin müəyyən edildiyi qeyd edilib. Təhlükəsizlik qüvvələrinə hücumla bağlı edilən müraciətdə belə deyilir: “Prezident seçkilərində yarışacaq mərkəz sağçı namizədin müəyyən olunacağı ikinci […]

Fransanın Bordo şəhərində bir məscidin divarlarına müsəlmanların əleyhinə şüarlar yazılıb.

“Din.az” xəbər verir ki, Fransanın Bordo şəhərində məscidlərdən biri hücuma məruz qalıb. Buradakı müsəlman dərnəyindən verilən açıqlamada, məscidin təhlükəsizlik kameraları vasitəsilə hücum edən şəxsin kimliyinin müəyyən edildiyi qeyd edilib.

Təhlükəsizlik qüvvələrinə hücumla bağlı edilən müraciətdə belə deyilir: “Prezident seçkilərində yarışacaq mərkəz sağçı namizədin müəyyən olunacağı ikinci tur yarışının keçirildiyi baş verən bu irqi və islamofobik hücumu pisləyirik”.

Fransada polis heyətləri tərəfindən hücumla bağlı cinayət işi açıldığı və məscid ərazisində araşdırma aparıldığı bildirilib.

Fransa mətbuatı həmin məscidin 2015-ci ilin avqust ayında da molotov kokteyli atılaraq hücuma məruz qaldığı haqqında yazıb.

Fransada İslamofobiya ilə Mübarizə Mərkəzinin məlumatına əsasən, ölkədə yaşayan müsəlmanlara qarşı hücumlar son illərdə dəfələrlə artıb. Ölkədə çoxu Şimali Afrikadan olan 5 milyona yaxın müsəlman yaşayır. Avropada müsəlmanların ən çox yaşadığı ölkələr arasında Fransa ilk sıradadır.

hijab-france

resized_78c1f-9eb381acmanset-1

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...