Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MÜSƏLMANLAR YENİ QANUNUN NİQAB GEYİMİNƏ QARŞI YÖNƏLDİYİNİ BİLDİRİBLƏR

Kanadada yerli müsəlmanlar narazılıq etdi.

Kanadanın Kvebek əyalətinin qanunvericiləri bələdiyyə xidmətləri zamanı üzü tamamilə örtən geyimlərdən istifadəni qadağan edən qanun qəbul edib.

Din.az bildirir ki, uzun illər müzakirə olunmuş “Bill 62” adlı qanun layihəsinin qəbul edilməsi yerli müsəlmanların narazılığına səbəb olub.

2018-ci ilin 1 iyulundan qüvvəyə minəcək qanun sosial xidmətlər göstərən və bu xidmətlərdən istifadə edən hər kəsə üzünü örtməyi qadağan edir. Bununla həkimlər, dayələr, xəstələr, universitet professorları, tələbələr, avtobus sürücüləri və sərnişinlərə üzlərini örtmək qadağan edilir. “Bill 62”-də hər hansı xüsusi dini geyim tərzinin qadağan olunduğu xüsusi vurğulanmasa da, müsəlman icmaları bu qanunun islami geyim tərzi olan niqabın məhdudlaşdırılması kimi qəbul ediblər və bunu etiqad azadlığına zidd hesab ediblər. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...