Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanlara dəstək verən xanım Baş nazir terrorla hədələndi…

Yeni Zelandiya hökumətinin başçısı Jasinde Ardernə ölüm təhdidi ünvanladılar.

Onun görüntüsü Dubayda ən uca qülləyə həkk olunub…

Naməlum şəxslər Yeni Zelandiya hökumətinin başçısı Jasinde Ardernə ölüm təhdidi ünvanlayıb.

Din.az xəbər verir ki, “New Zealand Herald” qəzetinin məlumatına görə, Baş nazirin “Tvitter” hesabında yanında “Sıradakı sənsən!” ifadəsi yazılmış silah foto-şəkli dərc olunub. Xəbərdə deyilir ki, oxşar silah fotosu və şərh Yeni Zelandiya Polis İdarəsinin də “Tvitter” akkauntuna yollanıb.

Qeyd edilir ki, bu təhdidlərin göndərildiyi hesabın bloklanması yalnız 48 saat sonra – cümə günü baş verib.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi Yeni Zelandiya nəşrinə bildirib ki, polis təhdidlərin araşdırılması üçün cinayət istintaqına başlayıb.
Xatırladaq ki, Kraystçerçdəki məscidlərə amansız terror hücumlarından sonra Baş nazir J.Ardern öz kəskin çıxışında “Hamımız birik, onlar bizdəndirlər” fikrini ifadə edərək terror qurbanlarının ailələrinə, müsəlmanlara böyük mənəvi dəstək nümayiş etdirib. Xanım hökumət başçısına son hədələr də, sözsüz ki, bununla bağlıdır…

Yeni Zelandiya Baş nazirinin cəsarətli çıxış və davranışları İslam dünyasında da rəğbətlə qarşılanıb. Bu günlərdə xanım J. Ardernin müsəlman qadını qucaqlamasını təsvir edən görüntüsü Dubayda dünyanın ən hündür qüllələrindən olan “Xəlifə bürcü”nün üzərinə həkk olunub. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...