Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanları sevməyən naziri müsəlman miqrant müalicə edir

“Biz Slovak Respublikasında müsəlman cəmiyyətin meydana gəlməsinə izin verməyəcəyik…”

Slovakiyanın təkrar seçkilərində səsçoxluğu qazanaraq hökumət quran baş nazir Robert Fico bir həftə əvvəl infarkt şübhəsi ilə xəstəxanaya aparılıb. Qatı miqrant əleyhdarı olan Slovakiyanın baş naziri Ficonu müalicə edən həkim isə müsəlman miqrantdır.

Müsəlmanların əleyhinə olan Fico “Slovakiya torpaqlarında müsəlmanların izlər buraxmasını istəmirik” deyərək miqrantları torpaqlarında istəmədiklərini söyləmişdi.

“Din.az” xəbər verir ki, Çex qəzeti “Novinky”in yayımladığı məlumata görə, baş nazirin aparıldığı Bratislava xəstəxanasında onu müalicə edən mütəxəssis-həkim müsəlman miqrant çıxıb.

Təhsilini 1980-ci ildə miqrant olaraq gəldiyi Çexoslovakiyada tamamlayan tunisli Mongi Msolly Çexoslovakiyanın bölünməsindən sonra artıq Slovakiyanın paytaxtı Bratislavada yaşayıb. Tunis əsilli kardioloq eyni zamanda baş nazirin müalicə aldığı Qəlb və Damar Xəstəlikləri Milli İnstitutunun müdiridir.

Ərəb, ingilis, fransız və slovak dilində danışan Mongi Msolly eyni zamanda Slovakiyada çox yaxşı iş adamı olaraq da tanınır.

“Müsəlman cəmiyyətə izin verməyəcəyik…”

Qatı miqrant əleyhdarı olan Slovakiyanın baş naziri keçmişdə  “fərqli ənənə və mədəniyyətə sahib olan insanları inteqrasiya etmək çox çətindir. Biz Slovakiyada yaşayan romanlarla bağlı olaraq mənfi təcrübə sahibi olduq. O insanlar könüllü olaraq bizə inteqrasiya olmayacaqlar” kimi açıqlamalar vermişdi.

Fico, qatı müsəlman əleyhdarı olaraq da tanınır. Ötən il qaçqın axınının ən sıx olduğu dövrdə Robert Fico “Slovakiya torpaqlarında müsəlmanların izlər buraxmasını istəmirik. Onlarla bağlı ölkədə böyük bir təhlükəsizlik riski var. Biz Slovak Respublikasında müsəlman cəmiyyətin meydana gəlməsinə izin verməyəcəyik” demişdi.

Slovakiya hökumət sözçüsü baş nazirin təxminən bir həftəyə qədər xəstəxanada müşahidə altında saxlanılacağını açıqlayıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...