Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlara hücum edildi: mağaza və avtomobillər yandırıldı

Kilsə rəsmiləri müsəlmanlara qarşı düşmənlik etməmək haqda çağırışlar etdilər.

Şir Lankada müsəlman və xristianlar arasında qarşıdurma baş verib.

Din.az xəbər verir ki, ölkənin paytaxtı Kolombo şəhərində Pasxa bayramı günü 3 kilsə və bəzi otellərdə baş verən terror hücumu səbəbindən müsəlmanlara hücum edilib.

Məlumata görə, eniş katolik qrup Negombo yaxınlığındakı Porutota kəndində müsəlmanların mağaza və avtomobillərinə hücum çəkərək, onları təhqir ediblər. Katolik kilsə rəsmiləri bölgədəki müsəlmanlara qarşı düşmənlik etməmək və təmkinliyi qorumaq haqda çağırışlar edib. Ancaq bunun nəticə verəcəyinə inam olmadığı bildirilir.

Negombo yaxınlığında baş verən şiddət dəhşətli olub. Katolik qrupu müsəlmanlara aid dükanları dağıdıb, avtomobilləri yandırıb.

Şir-Lanka polisi isə bəyan edib ki, hadisəni iki sərxoş qrup törədib. Hücum edilən kəndə əlavə polis qrupları göndərilib və küçəyə çıxmaq qadağan olunub. Hadisəyə görə 2 nəfər həbs edilib. Ölkənin baş naziri bəyan edib ki, insanların əmlakına vurulan zərəri dövlət qarşılayacaq. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...