Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlmanlara niyə Nobel verilmir? – Deputatdan maraqlı şərh

“Qaliblərin içində yenə də müsəlman və türk adlarına rast gəlmədik”.

İlin Nobel mükafatlarının hansısa nominasiyasında qaliblərin içində yenə də müsəlman və türk adlarına rast gəlmədik. Nobel Komitəsinin qərəzliliyi, islamafobiya və türkəfobiyası onsuz da dillər əzbəridir.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, sonuncu dəfə müsəlmanlardan bu mükafatı Əziz Sancara (türk) veriblər:

“Onun da bəxti gətirib ki, öz tədqiqatlarını ABŞ laboratoriyalarının birində aparıb. Necə ola bilir ki, bu bədxahlar Əfqanıstanda yeni texnologiya ilə əkilən həşiş tarlalarını görmür? Pakistanda yeni qurğularla partladılan məktəb və məscidləri görmür? Bizim arealda yeni çarpaz zincirləmə üsulu ilə başını yaranları görmür? 21-ci əsrdə hələ də İsrailin modern texnikasına qarşı yeni daş atma texnikasını tətbiq etmiş ərəbləri görmür? Türkiyədə və Azərbaycanda başını ziyarətgahların daşına sürtməklə sağalan insanların kəşf etdiyi yeni tibb metodunu görmür? Yüzlərlə belə “uğurlu” kəşflərimizi əlbəttə görürlər, sadəcə görməzdən gəlirlər.

Fizika üzrə 96 yaşlı qocaya götürüb Nobeli verdilər, halbuki həmin xristian qoca bizdə əksəriyyəti parklarda 60-cı illərdən sonra vaxtını öldürən ağsaqqallarımızla nə domino, nə də nərd oynaya bilər. İnanın ki, zərin üstünə qoyub o qocanı NASA-nın raketlərindən də böyük sürətlə havaya fırladarlar. Hərdən fikirləşirsən ki, biz niyə gül kimi hicri təqvimini qoyub, özümüzü soxuşdumuşuq miladi təqvimə. Mütləq qayıtmalıyıq hicri təqvimə. Modern dünya ilə bu cür mənasız mübahisələr aparıb ümidsizləşməmək üçün hicri təqviminə qayıtmaqdan başqa çıxış yolumuz yox. Çünki özümüzü 21-ci əsrdə hər dəfə İlon Mask havaya raket fırladanda çox rahatsız hiss edirik. Bir də Nobel mükafatını paylayanda yadımıza düşür ki, biz türkük, biz müsəlmanıq və 21-ci əsrin dünyasında özümüzü sehirli xalatla gəlmiş xan kimi hiss edirik. Axı biz yaşamaq istəyirik. Bir canlı üçün hansı əsrdə yaşamanın fərqi varmı?”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...