Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlmanlara qarşı böyük hörmətsizlik – Tualet kağızının üstünə “Allah” yazdılar – VİDEO

Firma “Allah” sözünə bənzədilən qismdə aloye gülünün təsvir olunduğunu bildirib.

Müsəlmanlar M&S firmasını boykot etməyə çağırıblar.

Din.az xəbər verir ki, buna səbəb isə tualet kağızlarının üzərində ərəb hərfləri ilə “Allah” sözünün yazılmasıdır.

Sosial şəbəkələrdə yayılan videoda danışan şəxs “qardaşlar, bacılar, bu tualet kağızından almayın, çünki hər bir dənəsinin üzərində “Allah” sözü yazılıb” deyir. O bildirib ki, həmin tualet kağızlarının qiyməti 3 dollardır.

Mark and Spencer (M&S) şirkəti məsələ ilə bağlı açıqlama yayıb. Firma iddiaları təkzib edərək, “Allah” sözünə bənzədilən qismdə aloye gülünün təsvir oldunduğunu bildirib.

Video qısa zamanda bütün dünyaya yayılıb, milyonlarca dəfə izlənilib. Müsəlmanlarla yanaşı, xristianlar da şirkəti bu hörmətsizliyə görə qınayıblar. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...