"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Müsəlmanlara qarşı müəmmalı qanun

Share Button

Özbəkistan parlamenti islam dininə qarşı sensasion qanun qəbul edib.

Din.Az publika.az-a istinadən bildirir ki, sözügedən qanuna görə, Özbəkistanda islam dinini media üzərindən həddindən çox təbliğ edən şəxslər “radikal təbliğat aparmaq” maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum ediləcəklər.

Özbəkistanın müstəqil mediası və müsəlman ictimaiyyəti bu qanunu təəccüblə qarşılayaraq prezident İslam Kərimovu tənqid ediblər.

Ölkə mediası yazır ki, bu qanun aprelin 26-da – İslam Kərimovun Rusiyaya səfərindən dərhal sonra qəbul edilib: “Bu onu göstərir ki, məsələdə Rusiyanın təsiri və rolu vardır. Yeni qanuna görə, Özbəkistanda internetdə nəşr olunan dini yazı və xəbərlər hökumət nümayəndələri tərəfindən “radikal və həddindən artıq” hesab edilərsə, o zaman həmin KİV-lərə və əməkdaşlarına 5 ildən 8 ilə qədər həbs cəzası verilə bilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir