Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlara qarşı növbəti soyqırımı başlaya bilər – Baş nazir açıqladı

“Bu ssenari reallaşacağı təqdirdə islam dünyası radikallaşacaq”.

Hindistanın Cammu və Kəşmir ştatında müsəlmanlara qarşı Srebrenitsada (Bosniya və Hersoqovina) olduğu kimi etnik təmizləmə başlaya bilər.

Din.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Pakistan Baş naziri İmran Xan paylaşıb.

Onun sözlərin görə, bu ssenari reallaşacağı təqdirdə islam dünyası radikallaşacaq:

“Dünya Srebrenitsada olduğu kimi növbəti dəfə Kəşmirdə müsəlmanların etnik təmizlənməsini səssiz müşahidəmi edəcək? Dünya ictimaiyyətini xəbərdar etmək istəyirəm ki, baş verənlər islam dünyasını radikallaşdıracaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...