Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MÜSƏLMANLARA qarşı radikal irqçi ÇAĞIRIŞ

Orban: “Məktəblərdə oxuyan müsəlman şagirdlərin sayı günbəgün artır”.

Macarıstanın baş naziri müsəlmanları hədəf aldı.

Macarıstanın irqçi çıxışları ilə tanınan baş naziri Viktor Orban Avropa qitəsinə müsəlmanlarla bağlı xəbərdarlıq edib.

Din.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, Orban bu barədə hökumətin 2017-ci ildə gördüyü işlərin illik hesabatındakı çıxışı zamanı danışıb.

Qitədə müsəlmanların sayının çoxaldığını deyən baş nazir bunun qarşısının alınması üçün təcili işlər görülməsinin vacibliyini vurğulayıb: “Qitəmizə ayaq basan qaçqınların hamısı müsəlman ölkələrdən gələnlərdir. Belə getsə, Avropa şəhərlərində müsəlmanların sayı çoxluqda olacaq. Bu, açıq-aşkar müsəlman işğalıdır”.

Hökumət başçısı deyib ki, məktəblərdə oxuyan müsəlman şagirdlərin sayı günbəgün artır: “Yeni məlumat aldım. Məktəblərimizdə oxuyan müsəlman şagirdlərin də sayı çoxalıb. Əgər bu, belə davam etsə, Avropa mədəniyyəti, kimliyimiz və millətlərimiz itib batacaq. Ən pis röyalarımız gerçəyə çevriləcək”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...