Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlara qənim kəsilmiş dövlətdən növbəti zərbə

Arakanlıların köçlərinin əsas istiqaməti Malayziyadır.

Myanmada müsəlmanlara qarşı soyqırım davam etməkdədir.

Din.az xəbər verir ki, Myanmanın İmmiqrasiya İdarəsi bu gün səhər saatlarında 106 müsəlmanın olduğu qayığı saxladıqlarını açıqlayıb.

Müsəlmanlar Myanmanın şimalında yerləşən Yanqon şəhərində saxlanılıb. Ölkənin İmmiqrasiya İdarəsinin məlumatına görə, Arakandan olan bu müsəlmanlar qeyri-qanuni yolla sərhədi keçiblər. Myanma və Banqladeşdən olan arakanlıların köçlərinin əsas istiqaməti isə Malayziyadır.

Rəsmi qurumun məlumatına görə, saxlanılanların 50-si kişi, 31-i qadın, 25-i isə uşaqdır.

Xatırladaq ki, uzun illərdir Myanmada müsəlmanlara qarşı soyqırım aparılır.

BMT-nin rəsmi hesabatına görə, 2015-ci ildə 700 mindən artıq müsəlman bu törədilən soyqırımla əlaqədar torpaqlarından didərgin düşüblər. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...