Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlmanları bu zülmdən qurtarmaq üçün… – Kələş

“Allaha insanların bu zülmdən qısa müddətdə azad olması üçün dua edirik”.

Müsəlman cəmiyyətlərinin zülmün qarşısını almaq üçün heç bir ordusu, yaxud qurumu yoxdur.

Din.az bildirir ki, bu sözləri Diyanət İşləri nazirinin vəkili Əkrəm Kələş Məkkədə, mətbuat mənsubları ilə görüşündə deyib.

“Hər şeydən əvvəl dünyanın müxtəlif yerlərində, xüsusilə də Arakan və Suriyada əziyyət çəkən insanlara görə Allaha insanların bu zülmdən qısa müddətdə azad olması üçün dua edirik. Təəssüf ki, müsəlman cəmiyyətlərinin bu zülmlərin qarşısını almaq üçün nə bir ordusu var, nə də qurumları”, – deyə direktor müavini bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...