Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Müsəlmanları cəzalandırma günü” elan edildi

Britaniyanın bir çox yerində insanlara məktublar göndərilib.

Britaniyada 3 Apreli “Müsəlmanları cəzalandırma günü” elan edərək, bununla bağlı təbliğat fəaliyyətinə baş vurulub.

Din.az İslamazeri.com-a istinadən xəbər verir ki, Britaniyanın bir çox yerində insanlara məktublar göndərilib. Bu məktub, 3 Aprel tarixini “Müsəlman cəzalandırma günü” elan edən bəyanat məzmunundadır. Məktubda “Səni incitdilər, sevdiklərinizə əzab verdilər. Sizdə narahatçılıq, ürək sızısına səbəb oldular. Bu mövzuda nə edəcəksiniz?”- deyə yazılan mətnin altında, tövsiyyə və edilən addımara verilən xallar yazılıb.

Xalvermə sistemi isə bu cürdür:

10 xal – Bir müsəlmanı sözlə cəzalandırmaq

25 xal – Müsəlman qadının hicabını açmaq

50 xal – Bir müsəlmanın üzünə sirkə turşusu atmaq

100 xal – Bir müsəlmanı əzişdirmək

250 xal – Bir müsəlmanın dərisinə elektrik verərək işkəncə vermək

500 xal – Bir müsəlmanı silah, bıçaq, maşın və ya başqa bir yolla qətlə yetirmək

1000 xal – Bir məscidi yandırmaq və ya bombalamaq

2500 xal – Məkkəyə atom bombası atmaq

İngilis polisi isə, araşdırma apararaq məktubun kimlər tərəfindən hazırlandığıyla bağlı araşdırmalara başladıldığını açıqlasada, hələ ki, bu məsələ ilə bağlı həbs olunan olmayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...