Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məscidin divarına təhqiredici şəkillər çəkildi

Divarın üzərindəki yazılarda müsəlman icmasının üzvlərinin öldürülməsinə çağırış da edilib

france-attacks-muslims

Fransanın Lion şəhərindəki məscid vandalizmin hücumuna məruz qalıb.

“Din.az” xəbər verir ki, sitayiş ocağının divarlarında göy və qırmızı rənglə təhqiredici rəsmlər çəkilib, Fransanı yubanmadan tərk etməyə və şəhərdəki müsəlman icmasının üzvlərinin öldürülməsinə çağırış edilib.

İyulun 20-də bənzər yazılara Lionun 10 kilometrliyindəki Bron kommunasındakı məsciddə də rast gəlinib. Hər iki halda yazıların arxasında “katolik qoşunu”nun dayanıb. Fakt üzrə prokurorluqda araşdırma başlanılıb. Bu isalamafobiyanın Nitsedəki terrorla bağlı olduğu bildirilir.

Qeyd edək ki, iyulun 14-də axşam Bastiliyanın alınması günü atəşfəşanlıq zamanı Tunisdən olan Məhəmməd Bulel yük maşını ilə şəhər kənarındakı kütlənin üzərinə gedib. Nəticədə 84 nəfər həlak olub.

скачанные файлы

israeli-soldiers-removes-graffiti-from-the-walls-of-a-mosque-in-the-FMYDF7

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...