Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
resized_2b928-2015-09-18t174530z_330200453_gf10000211525_rtrmadp_3_europe-migrants-greece

“Müsəlmanları ölkəmizə almayın”

Share Button

Danimarkanın sağçı partiyası ölkəsində müsəlmanları istəmir

Həddindən artıq sağçı Danimarka Xalq Partiyasının sədr müavini Espersen ölkəyə müsəlman miqrantların daxil olmasının qadağan edilməsini istəyib. Danimarka Xalq Partiyasının sədri Dahl isə miqrantların dini ayrı-seçkiliyə məruz qalmasına qarşı olduqlarını açıqlayıb.

Miqrantların pul və dəyərli əşyalarına əl qoyulan Danimarkada müsəlman miqrantların ölkəyə girişinin qadağan edilməsi istənilir.

“Din.az” xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq sağçı və immiqrantların əleyhinə olan Danimarka Xalq Partiyasının sədr müavini Soren Espersen “Berlingske” qəzetinə verdiyi açıqlamada, Avropada yaşanan hücumlarla bağlı müsəlmanları günahlandırıb. Danimarkanın bir “möhlət”ə ehtiyac duyduğunu qeyd edən Espersen müsəlman miqrantların ölkəyə girmələrinin 6 illik müddətə qadağan edilməsinin vacibliyini bildirib.

Espersen, xəbər agentliyi “Ritzau”ya verdiyi açıqlamada isə, “bu, terrorizm təhlükəsinin müsəlman cəmiyyətindən yayıldığının nümunəsidir. Ancaq bütün müsəlmanlar terrorçudur mənasına da gəlmir” deyib.

Danimarka Xalq Partiyasının sədri Kristian Thulesen Dahl isə miqrantların dini ayrı-seçkiliyə məruz qalmasına qarşı olduqlarını söyləyib.

Partiyanın sözçüsü Martin Henriksen də xüsusilə müsəlman miqrantları hədəf alan bir qanun istəmədiklərini ifadə edərək, “miqrantlara qarşı təzyiq din əsaslı olmamalıdır” deyib.

Henriksen, “sığınacaq axtaran şəxslərin qarşısını ala bilsək çox, çox yaxşı olar. Sığınacaq axtaran miqrantların sayını mümkün olduğu qədər sıfıra endirmək istəyirik” ifadəsini işlədib.

Miqrantların zinət əşyalarına əl qoyulmuşdu…

5,5 milyon əhalisi olan Danimarkaya ötən il əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olmaqla 21 min miqrant axın edib. Ölkədə, bu ilin əvvəlində miqrantların 10 min Danimarka Kronunundan bahalı pul və dəyərli əşyalarına əl qoyulmasına qərar verilmişdi. Bu tətbiq beynəlxalq cəmiyyətin sərt reaksiyasına səbəb olsa da hökumət geri addım atmamışdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top