Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müsəlmanları qəzəbləndirəcək qərar – Halal ət kəsimi qadağan olundu…

Müsəlman və yəhudi cəmiyyətləri bu hallara sərt reaksiya verdilər.

Belçikada Fransız dilində danışanların ən çox yaşadığı Valonya bölgəsində heyvanların şok vəziyyətinə salınmadan kəsilməsini qadağan edən qərar bu gün etibarı ilə qüvvəyə minib.

Din.az xəbər verir ki, Valonya Parlamentinin 2017-ci ildə qəbul etdiyi qoyun və inək kimi iribuynuzlu heyvanlarla kiçikbaş heyvanların ağrı yaşamaması səbəbilə şok olmadan kəsilməsini qadağan edən qərar bu gündən etibarən qüvvədə olacaq.

İslam inancında “halal”, yəhudi inancında “köşər” kimi tanınan heyvanların şok olmadan və yatızdırılmadan kəsilməsinə qoyulan qadağalar ölkədəki müsəlman və yəhudi cəmiyyətin sərt reaksiyasına yol açıb.

Belçika əhalisinin təxminən 6 faizini təşkil edən müsəlman və yəhudi cəmiyyətlər heyvanların şok olmadan kəsilməsini qadağan edən qərarın iki cəmiyyətin dini azadlıqlarını məhdudlaşdırdığını və cəmiyyətlərə hörmətsizlik olduğunu müdafiə edir.

Qeyd edək ki, sözügedən qərar bu ilin əvvəlində Vımpelin bölgəsində qüvvəyə minmiş, texniki infrastruktur çatışmazlığı yalnız kiçikbaş heyvanlar üçün tətbiq olunmağa başlanmışdı. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...