Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlmanları təhqir edən prezidentliyə namizədə: Demaqoqluğuna son qoyacağıq

Kaliforniya ştatında Donald Trampa qarşı keçirilən aksiyanı polis güclə sakitləşdirib.

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında prezidentlik uğrunda mübarizə aparan respublikaçı siyasi lider Donald Trampaqarşı etiraz aksiyası baş tutub.

Din.az anspress-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları Trampın irqçi çıxışlarına qarşı etiraz şüarları səsləndiriblər. Fəallar Trampı Kaliforniyada görmək istəmədiklərini bildiriblər.

“Donald Trampın irqçi ifadələrinə son qoymağa gəlmişik. Trampa demək istəyirik ki, onun irqçi demaqoqluğuna qarşı hərəkat başlatmışıq. Onun ölkədə mühacirlərə qarşı hücumlara təhrik edən çıxışlarını hədə almışıq. O, çox təhlükəlidir”, – etirazçı İvet Felarka

“Donald Tramp siyasi platformasını nifrət yaratmaq üçün istifadə edir. Burada toplaşmağımızın məqsədi odur ki, biz ona irqçiliyə qarşı səbrli davranmayacağımızı bildirmək istəyirik”, – etirazçı Angela Densev. bildirib.

Aksiyada Trampın qadınlara qarşı alçaldıcı sözlərini də təndiq hədəfində olub.

Tramp seçki kampaniyalarından biri zamanı abort etdirən qadınlara qarşı sərt cəza tədbirlərinin görülməsini tələb etmişdi.

Aksiya zamanı fəallarla təhlükəsizlik qüvvələri arasında ara-sıra gərginlik yaşanıb.

Tramp etirazlar fonunda partiyasının iclasına qatılıb. Etirazlarla əlaqədar Tramp partiyanın qərargahına arxa qapıdan girmək məcburiyyətində qalıb.

Kaliforniyada Donald Trumpa qarşı askiya

Bu gün Kaliforniyada irqçilikdə ittiham olunan Tramp ötən ayın sonlarında müsəlmanlara qarşı çıxışlarla gündəmə gəlmişdi. O bildirmişdi ki, Müsəlmanlar ABŞ-ın təhlükəsizliyi üçün ciddi problem kəsb edirlər və buna görə də, onların ölkə ərazisinə buraxılması məhdudlaşdırılmalıdır.

“Minlərlə müsəlman bizim ölkəmizə gəlir, biz isə onların kim olduğunu bilmirik. Bu, təhlükəsizliyimiz üçün böyük problemdir. Müvəqqəti olaraq sərhədlər müsəlmanların üzünə bağlanılmalıdır”, – Tramp bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...